Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Abbas kəndinin sakinləri ilə görüşüb
Sentyabr ayının 2-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Abbas kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən danışıb.
Sonra kənd sakinləri Cəfərov Musa, Ədilov Nəriman, Cəfərov Sərxan və başqaları çıxış edərək Abbas kəndinə gedən yolun əsaslı təmir olunmasını, kəndin elektrik infrastrukturunun yenilənməsini, pay torpaqlarının sənədləşməsinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







