Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Daşağıl kəndində səyyar qəbul keçirib.

19 mart 2025 | 17:51

Martın 19-da  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Daşağıl kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, dünyada gedən əsas siyasi proseslərdən, ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərdən, rayonda son dövrlər görülən işlərdən danışıb.

Sonra kənd sakinləri Əyyubov Sədrəddin, Məmmədov Müşviq, Məmmədov Arif və başqaları çıxış edərək kənddə artezian quyusunun qazılmasını, kəndin təbii  qazla təmin olunmasını, kəndin girişindəki körpünün kənarlarında xüsusi qoruyucuların quraşdırılmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat verilmiş, sakinlərə qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet paylanmışdır.

Keçidlər