Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Daşağıl kəndinin sakinləri ilə görüşüb
İyulun 9-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Daşağıl kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verib.
Kənd sakinləri Məmmədov Arif, Məmmədov İlham və başqaları çıxış edərək kəndə təbii qazın verilməsini, nasaz vəziyyətdə olan artezian quyusunun təmir olunmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







