Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Göynük kəndində səyyar qəbul keçirib

06 mart 2026 | 09:38

Mart ayının 5-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Göynük kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda başçının müavinləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, rayonda hazırda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Mahmudova Könül, Abdurahmanov Kamil, İdrisov Nurəddin və  başqaları çıxış edərək Aşağı Göynük kənd körpələr evi-uşaq bağçasının əsaslı təmir olunmasını, sel təhlükəsinin qarşısının alınması üçün Şin çayında bəndin tikilməsini, yeni yaşayış massivində elektrik transformatorunun qoyulmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər