Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Küngüt kəndində səyyar qəbul keçirib
Yanvarın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Küngüt kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb. Sonra icra başçısı rayonda ötən il görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Kərimov Cabbar, İsmayilzadə Elturan və başqaları çıxış edərək kənd tibb məntəqəsinə həkim təyin edilməsini, kəndin “Qobuqırağı” məhəlləsində artezian quyusunun qazılmasını, kənd sakinlərinin məhsullarının satışına şərait yaradılmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







