Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Küngüt kəndinin sakinləri ilə görüşüb.

22 noyabr 2024 | 09:30

Noyabrın 21-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Küngüt  kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən, COP29 çərçivəsində təşkil olunan tədbirlərdən danışıb, noyabrın 20-də keçirilmiş Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə iştirak etdiyini bildirib, həmin tədbirdə səslənən bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonra kənd sakinləri Fərzəliyev Kazım, Kərimov Cabbar və başqaları çıxış edərək kənddə yararsız vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, kəndin “Qobuqırağı” adlanan məhəlləsində artezian quyusunun qazılmasını, kəndin “Dursunlu” adlanan məhəlləsində olan bulağa sayğac quraşdırılmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər