Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Layısqı kəndinin sakinləri ilə görüşüb

14 may 2026 | 15:28

May ayının 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Layısqı kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bu cür görüşlərin vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Görüş zamanı rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Kənd sakinləri Yunusov Əyyub, Ədilov Nəriman, Abdurahmanov Yasin və başqaları çıxış edərək kəndin təbii qazla təmin olunmasını, “Mərdanlar” adlı məhəllənin yolunun əsaslı təmir olunmasını və ərazidə SİP kabelləşmə işlərinin aparılmasını, kənddaxili yolların genişləndirilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər