Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Şabalıd kəndinin sakinləri ilə görüşüb

14 iyun 2024 | 08:12

İyunun 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Şabalıd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Abduləlimov Məmməd, Cəbrayılov Nütvəli və başqaları çıxış edərək Aşağı Şabalıd kəndinə mavi yanacağın verilməsini, kənd tibb məntəqəsinin binasının təmir olunmasını, kənddə gedən əsas yolun asfaltlanmasını və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuş, adidiyyəti şəxslərə məsələ ilə bağlı tapşırıqlar verilmişdir.

Keçidlər