Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aydınbulaq kəndində səyyar qəbul keçirib
May ayının 1-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aydınbulaq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Sonra kənd sakinləri Səlimov İmran, Səfərov Azad, Pirimov Nadir və başqaları çıxış edərək kəndin bir hissəsinin içməli suya olan tələbatını ödəmək üçün artezian quyusunun qazılmasını, köhnəlmiş elektrik xətlərinin yenilənməsini, kənddə ödəmə terminalının quraşdırılmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.
Görüş zamanı, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanıb.







