Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aydınbulaq kəndinin sakinləri ilə görüşüb

11 iyun 2026 | 18:03

İyunun 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aydınbulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri İslamov Yusif, Pirimov Nadir,  Səfərov Azad və başqaları çıxış edərək kəndin bir hissəsində elektrik dirəklərinin və naqillərinin qəzalı vəziyyətdə olmasını, kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsini, kəndin ərazisində idman meydançasının tikilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüşdə dini radikalizmə və nakomaniyaya qarşı mübarizə sahəsində rayonda görülən işlərdən bəhs olunub, bu sahədə birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

 

Keçidlər