Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Babaratma kəndinin sakinləri ilə görüşüb

03 oktyabr 2024 | 16:52

Oktyabrın 3-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Babaratma kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, bu gün Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Sonra kənd sakinləri Salamov Cavanşir, Məmmədov Aydın, Mikayılov Qabil və başqaları çıxış edərək kəndin təbii qazla təmin edilməsi, elektrik təsərrüfatının SİP kabelləşməsi, kəndin internetlə təmin edilməsin və sairə məsələləri xahiş ediblər. Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər