Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Göynük kəndində səyyar qəbul keçirib

09 may 2025 | 14:57

May ayının 8-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Göynük kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Əhmədov Kərim, İbrahimov Sadəddin və başqaları çıxış edərək Şin çayı üzərində yerləşən körpünün əsaslı təmiri, kəndin “Qazaxıstan” adlanan hissəsində yolunun hamarlanması və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüş zamanı, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanıb.

 

Keçidlər