Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Göynük kəndinin sakinləri ilə görüşüb

18 iyun 2026 | 17:53

İyunun 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Göynük kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri Əhmədov Kərim, Babayev Ramazan, Məmmədov Ceyhun və başqaları çıxış edərək Baş Göynük kənd 2 nömrəli ümumi orta məktəbə gedən yolların əsaslı təmir olunmasını, “Yeni Göynük” adlanan yaşayış massivində işıq dirəklərinin və transformatorun yenisi ilə əvəz edilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər