Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Kəldək kəndində səyyar qəbul keçirib

11 mart 2026 | 09:47

Martın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Kəldək  kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda ötən il görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Mirzəyev Barəddin, Mürsəlov Əlovsət və başqaları çıxış edərək Baş Kəldək kəndinə təbii qazın verilməsini, kənddə elektrik təsərrüfatının SİP kabelləşməsi işlərinin aparılmasını, ərazidə Azərbaycan Beynəlxalq Bankının bankomatının və ödəniş terminalının quraşdırılmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər