Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Kəldək kəndinin sakinləri ilə görüşüb
Noyabrın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Kəldək kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək düşmən üzərində qazanılmış olunmuş tarixi Qələdədən bəhs edib, son dövrlər ölkəmizdə ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb.
Sonra kənd sakinləri Pirməmmədov Nurməmməd, Məmmədov Telman və başqaları çıxış edərək Baş Kəldək kəndinə təbii qazın verilməsi, Şəki-Oğuz magistral avtomobil yolundan Baş Kəldək kəndinə gələn yolun asfaltlaşdırılması, kəndin ərazisindən keçən Baş Küngüt çayının yatağının təmizlənməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.