Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Küngüt kəndində səyyar qəbul keçirib..

19 mart 2025 | 09:11

Martın 18-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Küngüt kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, dünyada gedən əsas siyasi proseslərdən, ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərdən, rayonda son dövrlər görülən işlərdən danışıb.

Sonra kənd sakinləri Mahmudov Rufət, Qasımova Aygün və başqaları çıxış edərək seldən mühafizə məqsədilə “Küngüt” çayının kəndin ərazisindən keçən hissəsində əlavə 200 metr uzunluğunda beton bəndin tikilməsini, kəndin ərazisində “Beynəlxalq bank”ın bankomatının quraşdırılmasını, taxıl biçini vaxtı kombayn verilməsinə köməklik  göstərilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat verilmiş, sakinlərə qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet paylanmışdır.

 

Keçidlər