Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Küngüt kəndinin sakinləri ilə görüşüb

11 iyun 2026 | 18:00

İyunun 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Küngüt kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri İslamov Cəmil, Hümmətov Habil, Məmmədov Asif və başqaları çıxış edərək Baş Küngüt çayının kəndin ərazisindən keçən hissəsində çay yatağının təmizlənməsi üçün ağır texnikanın verilməsinə köməklik göstərilməsini, kəndin elektrik təsərrüfatının yenilənməsini, kəndə gələn içməli su xəttinə sel sularının yaratdığı təhlükənin aradan qaldırılmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüşdə dini radikalizmə və nakomaniyaya qarşı mübarizə sahəsində rayonda görülən işlərdən bəhs olunub, bu sahədə birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

 

Keçidlər