Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Layısqı kəndinin sakinləri ilə görüşüb
Sentyabrın 17-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Layısqı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ötən ilin 19-20 sentyabr tarixində Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışmış, noyabr ayında keçiriləcək COP29-un ölkəmiz üçün əhəmiyyətindən söz açmışdır.
Sonra kənd sakinləri İsarafilov Əziz, Cəbiyev İsmət, Cəbiyeva Xəyalə və başqaları çıxış edərək kənd tam orta məktəbinin və həkim məntəqəsinin əsaslı təmir olunması, Baş Layısqı kəndində Beynəlxalq Bankın bankomatının qoyulması və sairə məsələləri xahiş ediblər. Qaldırılmış məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Görüş zamanı “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1143 nömrəli, 29.04.2019-cu il tarixli Sərəncamının 10.12.3-cü bəndinin icrası ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması haqqında maarifləndirici söhbət aparmış, bununla bağlı hazırlanmış bukletlər görüş iştirakçılarına paylanmışdır.
Görüş zamanı, həmçinin, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanmışdır.