Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Şabalıd kəndində səyyar qəbul keçirib
Noyabrın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Şabalıd kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Bəkirov İslam, Sədiyeva Kifayət, Gülüyev Ağasəf və başqaları çıxış edərək kəndin qazla təmin olunmasını, SİP kabelləşmənin başa çatdırılmasını, Şin çayının üzərində yerləşən körpünün əsaslı təmir olunmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.
Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat və müvafiq tövsiyələr verilmişdir.







