Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Şabalıd kəndinin sakinləri ilə görüşüb

25 sentyabr 2024 | 16:31

Sentyabrın 24-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Şabalıd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetindəki çıxışından bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılmış məsələlərlə bağlı tapşırıqlar verilib.

Keçidlər