Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bideyiz kəndində səyyar qəbul keçirib
Fevral ayının 5-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Bideyiz kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının nümayəndələri, başçının müavinləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayonda ötən il görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Əliyev Rüfət, Kərimov Seyran və başqaları çıxış edərək ərazidə Azərbaycan Beynəlxalq Bankının bankomatının quraşdırılmasını, kəndin mərkəzi hissəsində yerləşən transformatorun dəyişdirilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







