Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bideyiz kəndinin sakinləri ilə görüşüb
Oktyabrın 23-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bideyiz kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən, 2023-cü ilin oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad edilməsindən, rayonda aparılan quruculuq, bərpa işlərindən danışıb.
Sonra kənd sakinləri Əliyev Rüfət, Kərimli Sahib və başqaları çıxış edərək kənd ərazisində örüş yeri olmadığı üçün mal-qaranın otarılmasına şərait yaradılması, kəndin giriş hissəsində “Zəfər” parkının salınması üçün köməklik göstərilməsi, mövcud olan su mənbələrindən istifadə olunmaqla kəndin içməli su ilə təminatının yaxşılaşdırılması, kəndin ərazisində yerləşən 1 ədəd transformatorun gücü daha çox olan transformatorla əvəz olunması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.
Görüş zamanı dini radikalizmin, narkomaniyanın yaratdığı fəsadlardan, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmişdir.