Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Birinci Biləcik kəndində səyyar qəbul keçirib

14 noyabr 2025 | 09:23

Noyabrın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Birinci Biləcik kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən, 1995-ci il noyabr ayının 12-də Azərbaycan Respublikası Konstitusiyasının qebul edilməsindən bəhs edib, ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Mustafayeva Çeşminaz, Babayev Rasim, Yunusov Bayram və başqaları çıxış edərək kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması, kəndin ərazisində əlavə transformatorun quraşdırılması, kəndin giriş yolunun asfaltlaşdırılması və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat və müvafiq tövsiyələr verilmişdir.

 

Keçidlər