Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Birinci Biləcik kəndinin sakinləri ilə görüşüb
Avqustun 1-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Birinci Biləcik kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında son müddət baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Məmmədov Həşim, Xəlilov Qüdürət, Mustafayeva Çeşminaz və başqaları çıxış edərək Birinci Biləcik kəndi ərazisindən keçən Malax çayının yatağının 6 km hissəsinin təmizlənməsini, kəndin ərazisində əlavə 1 ədəd transformatorun quraşdırılması, magistral yoldan Birinci Biləcik kənd tam orta məktəbinə qədər 500 m uzunluğunda yollun asfaltlaşdırılması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuş, adidiyyəti şəxslərə məsələ ilə bağlı tapşırıqlar verilmişdir.