Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bolludərə kəndində səyyar qəbul keçirib.

11 aprel 2025 | 14:48

Aprelin 10-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Bolludərə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışından bəzi məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonra kənd sakinləri İsayev Sultan, Hüseynov Faiq, Alməmmədov Rafiq  və başqaları çıxış edərək Bolludərə kəndinə təbii qazın verilməsinə köməklik göstərilməsini, Bolludərə kənd tam orta məktəbin əsaslı təmirinə köməklik göstərilməsini, kənddə həyətlərə içməli su xəttlərinin çəkilməsinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüş zamanı, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanmışdır.

Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat verilmiş, sakinlərə qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet paylanmışdır.

Keçidlər