Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Böyük Dəhnə kəndində səyyar qəbul keçirib

05 fevral 2024 | 10:14

Fevralın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Böyük Dəhnə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli davranışından bəhs etmiş, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən dövlət qayğısından, gənclərin rayonun ictimai-siyasi həyatındakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıb.

Sonra kənd sakinləri Sofuyev  Natiq,  Rəşidov  Oktyabr,  Məmmədli  Qürbət  və başqaları çıxış edərək kənddaxili  yolların  təmiri   və   asfatlanması, Böyük Dəhnə kənd 1№-li tam orta məktəbin  və kənd uşaq bağçasının əsaslı  təmiri, kəndin Balaəhmədli və  Hacıəhmədli  adlanan hissəsində  içməli  suyun olmamasını nəzərə  alıb  iki  ədəd  subartezian quyusunun qazılması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.

Keçidlər