Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Böyük Dəhnə kəndinin sakinləri ilə görüşüb

03 iyul 2026 | 16:42

İyulun 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Böyük Dəhnə kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri Cavadov  Elçin, Qaffarov  Rəhim  və başqaları çıxış edərək Böyük  Dəhnə  kənd  1 nömrəli tam  orta  məktəbinin  içməli  su ilə təmin olunmasını, Dəhnə çayının yatağının təmizlənməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

 

Keçidlər