Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çayqaraqoyunlu kəndinin sakinləri ilə görüşüb

08 oktyabr 2026 | 17:47

Oktyabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Çayqaraqoyunlu kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, hüquq-mühafizə orqanlarının nümayəndələri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışından irəli gələn vəzifələrdən danışıb.

Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat verilib.

Kənd sakinləri Səfərov Mansır, Əhmədov Kamal və başqaları çıxış edərək kəndin giriş yolunun bəzi hissələrində möhkəmləndirmə işlərinin aparılmasını, sel sularının təhlükə yaratdığı elektrik transformatorun yerinin dəyişdirilməsini və sair məsələləri xahiş ediblər.

Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər