Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cəfərabad kəndində səyyar qəbul keçirib
Oktyabrın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cəfərabad kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Zəngilan rayonunun işğaldan azad edilməsindən, bu rayonda aparılan quruculuq işlərindən danışıb, həyata keçirilən layihələrdən söz açıb.
Sonra kənd sakinləri Sadıqov Abbas, Bəkirov Natik, Qurbanəliyev Aslan və başqaları çıxış edərək kənddə içməli su probleminin həlli üçün köməklik göstərilməsini, fermada məskunlaşan məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları rayonlarına köçürülməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.