Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çeşməli kəndində səyyar qəbul keçirib

05 iyun 2025 | 16:40

İyunun 5-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Çeşməli kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışından bəzi məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb, ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Əlifov Elçin, Hümmətova Günay, Nobərov Tərlan və başqaları çıxış edərək kəndin mərkəzi küçəsinin təmir olunmasını, Çeşməli kənd tam orta məktəbində istilik siteminin işə salınmasını, kənd uşaq bağçasında təmir işlərinin aparılmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər