Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çeşməli kəndinin sakinləri ilə görüşüb

15 mart 2024 | 08:32

Martın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Çeşməli kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanat verərkən səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kənd sakinləri Abdurahmanov Oktay, Mahmudov Mübariz, Əhmədov Aqil və başqaları çıxış edərək kənd yollarının təmiri, Çeşməli kənd tam orta məktəbinin və uşaq bağçasının əsaslı təmiri, kəndinin daxilindəki su kanallarının təmizlənməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.

Keçidlər