Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cəyirli kəndində səyyar qəbul keçirib
Sentyabrın 10-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cəyirli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəkidə aparılan abadlıq-quruculuq işlərindən, həmçinin əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışıb.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat verilib.
Kənd sakinləri Rəhimov Rafiq, Nəsirova Könül, Abbasova Şahnaz və başqaları çıxış edərək kənd uşaq bağşası üçün yeni binanın tikilməsini, kənd sakinlərinin yetişdirdiyi üzümün satışına köməklik göstərilməsini, kəndin ərazisindəki sahibsiz itlərin zərərsizləşdirilməsini və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







