Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çolaxlı kəndinin sakinləri ilə görüşüb
Sentyabr ayının 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Çolaxlı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Əliyev Eldar, Allahverdiyev Salih və başqaları çıxış edərək kəndin ərazisində artezian quyusu qazılmasını, nümayəndəliyin ərazisində məskunlaşan məcburi köçkünlərin mal-qarasının kənd sakinlərinin taxıl sahələrinə ziyan vurmasının qarşısının aınmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







