Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cumakənd kəndində səyyar qəbul keçirib

13 iyun 2025 | 09:42

İyunun 12-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cumakənd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımızın qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, onun yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edildiyini bildirib, görüş iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib.

Sonra kənd sakinləri Kərimov Asif, Mirzəyev Samir,  Mikayılov Afər və başqaları çıxış edərək kəndin yeni salınmış hissəsində bir ədəd subartezian quyusunun qazılmasını,  sahibsiz buraxılan mal-qaranın qarşısının alınmasına köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər