Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cumakənd kəndinin sakinləri ilə görüşüb
Yanvarın 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cumakənd kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ötən 2023-cü il ərzində ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən danışıb, qarşıda duran vəzifələr barədə məlumat vermişdir.
Sonra kənd sakinləri İdrisov İdris, Süleymanov Nazim, Cəmilova İnci və başqaları çıxış edərək kənddə yerləşən körpələr evi-uşaq bağçası üçün yeni binanın inşa edilməsi, kənddə bir ədəd bankomatın quraşdırılması, kəndin yeni salınmış hissəsində bir ədəd subartezian quyusunun qazılması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.