Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Daşbulaq kəndində səyyar qəbul keçirib

19 fevral 2026 | 15:18

Fevral ayının 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Daşbulaq kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının nümayəndələri, başçının müavinləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayonda hazırda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Quliyev Bəhrəm, Mirzəliyev Azər, Mahmudov Fehruz və başqaları çıxış edərək kəndə təbii qazın verilməsini, köhnəlmiş elektrik xətlərinin yenilənməsini, kəndin 5 km uzunluğunda giriş yolunun əsaslı təmir olunmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər