Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Daşbulaq kəndinin sakinləri ilə görüşüb.

18 dekabr 2024 | 09:54

Dekabrın 17-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Daşbulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edib, COP29 çərçivəsində təşkil olunan tədbirlərdən, əldə olunmuş nəticələrdən söz açıb.

Sonra kənd sakinləri Qarayev Yusif, İslamov Nail, Babayev Kamran və başqaları çıxış edərək kənddə mövcud elektrik xətlərinin SİP kabellə əvəz olunmasını, kəndin 5 km uzunluğunda giriş yolunun əsaslı təmir olunmasına köməklik göstərilməsi, kəndə təbii qazın verilməsi və və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər