Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Daşüz kəndində səyyar qəbul keçirib
Oktyabr ayının 9-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Daşüz kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışından bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdirib.
Sonra kənd sakinləri Cəbrayılov Teyyub, Novruzov Əmirxan və başqaları çıxış edərək Daşüz kənd tam orta məktəbinin binasının əsaslı təmir olunmasını, kəndin ərazisində bir ədəd artezian quyusunun qazılmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







