Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Daşüz kəndinin sakinləri ilə görüşüb

08 avqust 2024 | 16:16

Avqustun 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Daşüz kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında son müddət baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Umarov Əfəndi, Pirimova Bahar, Hacımusayeva Səma və başqaları çıxış edərək Daşüz kəndində elektirik xətlərinin yenilənməsi, kənd uşaq baxçasnın əsaslı təmiri, yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuş, aidiyyəti şəxslərə məsələ ilə bağlı tapşırıqlar verilmişdir.

Keçidlər