Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Dərəcənnət kəndində səyyar qəbul keçirib
Oktyabr ayının 21-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Dərəcənnət kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Xudiyev Kərim, Qurbanov Müşfiq və başqaları çıxış edərək kənddə movcud içməli su probleminin aradan qaldırılmasını, Dərəcənnət kənd tibb məntəqəsi üçün yeni binanın tikilməsini, perspektiv inkişaf üçün verilmiş torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







