Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Dərəcənnət kəndinin sakinləri ilə görüşüb

12 iyun 2024 | 07:55

İyunun 11-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Dərəcənnət kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında son müddət baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Rəfiyev Şirxan, Abdullayev Həzi və başqaları çıxış edərək Dərəcənnət kəndində  tibb məntəqəsi üçün yeni binanın tikilməsi, kəndin yuxarı hissəsinə gedən yolun təmir edilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüş zamanı vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuş, adidiyyəti şəxslərə məsələ ilə bağlı tapşırıqlar verilmişdir.

Keçidlər