Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Əliyar kəndində səyyar qəbul keçirib

10 aprel 2026 | 10:35

Aprel ayının 9-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Əliyar  kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, sonra rayonda hazırda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Kənd sakinləri Əliyev Sənan, Mustafayev  Elman, Məmmədov Hümmət və başqaları çıxış edərək yararsız vəziyyətdə olan elektrik naqillərinin yenilənməsini, çıxarışı olmayan evlərə qaz çəkilməsinə köməklik göstərilməsini, yaşayış evlərinin sel sularından mühafizə olunmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər