Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Əliyar kəndinin sakinləri ilə görüşüb

15 mart 2025 | 08:07

Martın 14-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Əliyar kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək dünyada gedən əsas siyasi proseslərdən, ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən, rayonda son dövrlər görülən işlərdən danışıb.

Sonra kənd sakinləri Zamanov Rüstəm, Əlifov Şakir və başqaları çıxış edərək kəndə qaz çəkilişinin başa çatdırılmasını, tərəvəz sahələrinin suvarmasına köməklik göstərilməsini, ərazidə poçt xidmətinin bərpa olunmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər