Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Fazıl kəndində səyyar qəbul keçirib
Aprel ayının 9-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Fazıl kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, sonra rayonda hazırda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Kənd sakinləri Səmədov Novruz, Əzizov Əvəz və başqaları çıxış edərək kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılmasını, kəndarası yolların təmir olunmasını, zəbt olunmuş torpaq sahələrinə çıxarışların verilməsinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







