Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Fazıl kəndinin sakinləri ilə görüşüb

10 yanvar 2024 | 09:32

Yanvarın 9-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Fazıl kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ötən 2023-cü il ərzində ölkəmizin həyatında baş vermiş önəmli hadisələrdən danışıb, qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Sonra kənd sakinləri Məmmədova İlhamə, Əyyubov İsmayıl, Əyyubov Ərəstun və başqaları çıxış edərək kəndin internetlə təmin edilməsi,  kənd ərazisində elektrik xəttlərinin yenilənməsi, əraziyə elektrik ustasının təyin edilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər