Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Fotoqraflar düşərgəsi”nin iştirakçıları ilə görüşüb

12 sentyabr 2023 | 17:52

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkilatçılığı ilə 8-11 sentyabr tarixlərində Şəkidə keçirilən “Fotoqraflar düşərgəsi”nin iştirakçıları ilə görüşüb. 

İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını salamlayaraq, gənc-fotoqraflara dəstək vermək məqsədilə təşkil olunan düşərgənin Şəkidə keçirilməsindən məmnunluğunu ifadə edib. Belə layihələrin Azərbaycanın tarixi keçmişə, özünəməxsus gözəlliyə malik rayonlarından olan Şəkinin geniş turizm imkanlarının tanıdılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin fotoqrafiyaya olan marağından danışaraq, həvəskar fotoqraf kimi qazandığı təcrübəni gənclərlə bölüşüb, onlara öz tövsiyələrini çatdırıb.

Keçidlər