Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Göybulaq kəndinin sakinləri ilə görüşüb

03 iyul 2026 | 16:38

İyulun 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Göybulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.

Kənd sakinləri Ağabalayev Ovçu, Şirinov Rahim və başqaları çıxış edərək kənddaxili yolların asfaltlaşdırılmasını, qəzalı vəziyyətdə olan uşaq bağçası üçün yeni bina tikilməsinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər