Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İbrahimkənd kəndində səyyar qəbul keçirib

10 oktyabr 2024 | 17:00

Oktyabrın 10-da  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun İbrahimkənd kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxışından bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra kənd sakinləri Orucov Nurməmməd, Yunusov Ramiz, Məmmədov Ziyəddin və başqaları çıxış edərək kəndarası yolların təmir olunması,  qəzalı işıq dirəklərinin yenilənməsi, kənddə uşaq bağçasının tikilməsinə köməklik göstərilməsi və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər