Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İbrahimkənd kəndinin sakinləri ilə görüşüb.

18 dekabr 2025 | 16:57

Dekabrın 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun İbrahimkənd kəndində  səyyar  qəbul  keçirib.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkə başçısının “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsindən danışıb, bunun müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya olduğunu vurğulayıb. İcra başçısı rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən söz açıb.

Sonra kənd sakinləri Orucov Nurməmməd, Mustafayev Elşən, Məmmədov Eyvaz və başqaları çıxış edərək kəndin ərazisindəki qəzalı işıq dirəklərinin yenilənməsini, ərazidə ödəniş terminalının quraşdırılmasını, əhaliyə qaratikan kollarının qırılmasına icazə verilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər