Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İkinci Biləcik kəndində səyyar qəbul keçirib

16 may 2025 | 11:05

May ayının 15-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun İkinci Biləcik kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Aslanov Ehtibar, İbrahimxəlilov İsmayıl, Rəsulov Rəsul və başqaları çıxış edərək kənddaxili yollara asfalt örtüyün çəkilməsi, yararsız elektrik dirəklərinin dəyişdirilməsi, kənddə aptek açılması və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Görüş zamanı, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanıb.

Keçidlər